Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: “Biz ilk olaraq qonşu, region ölkələrinə xitab edirik”    

Qlobal problemlər bir gündə ortaya çıxmır, bunun yaranmasına rəvac verən təməl məsələlər olur”...

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda “Müharibə və Sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda keçirilən panel iclasında deyib.

O bildirib ki, artıq qarşıda duran hədəflər açıq şəkildə görünür:

“Ancaq müəyyən problemlər var ki, onlar aradan qaldırılmalıdır. Hazırda bunun üçün alətlər var, lakin bu alətlər çox məhdud saydadır. Biz müşahidə edirik ki, vəziyyət faciəvi şəkildə genişlənməkdədir. İkinci Dünya müharibəsinin yaratdığı səbəblərdən qidalanır. Ortada bəzi güclər var ki, onlar güclü aktorlardır və öz maraqları var, onların maraqlarına da diqqət etmək lazımdır”.

Nazir vurğulayıb ki, “realpolitik”dən danışarkən real yanaşma seçməyin vacibliyini vurğulamaq lazımdır:

“Ölkələr stabillik və dayanıqlılıq üçün öz maraqları ilə yanaşı digər qonşu ölkələrin yanaşmasına da diqqət etməlidirlər. Azərbaycanın bu məsələdəki yanaşması belədir ki, biz ilk olaraq qonşu, region ölkələrinə xitab edirik. İlk olaraq regiona xitab edilməlidir ki, o daha sonra genişlənib qlobal səviyyəyə yüksəlsin”.

Poliqon.info

 


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Rusiya Paşinyana qarşı cəbhələri vahid mərkəzdə birləşdirib Ermənistandakı mövqelərini bərpa edə biləcəkmi?

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Flora Kərimova: “Finala keçməyə qoymadılar”

Ən çox oxunanalar